Çinaridə nə baş verir?| Erməni sakinlər İrəvanın təbliğat maşınına çomaq soxur

2019/08/34534-1566373193.jpg
Oxunub: 22398     15:11     22 Avqust 2019    
Ermənistanın Tavuş vilayətinin Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Xoranaşat monastr kompleksi ilə bağlı mübahisəli şaiələr yayılıb. Bəziləri kilsəyə baş çəkməyin təhlükəsiz olduğunu, digərləri isə Xoranaşatın əvvəlki kimi yenə əlçatmaz olduğunu bildirir.

Ordu.az xəbər verir ki, “Sputnik Armenia”nın çəkiliş qrupu Çinari kəndini şəxsən ziyarət etmək və reallıqları yerində öyrənmək qərarına gəlib.

Lakin Çinari kəndinin başçısı Samvel Sağoyan jurnalistləri gözlədiklərindən fərqli olaraq müsbət qarşılamayıb, onlara İrəvandan verilən bəynatlarda çatışmazlıq olduğunu bildirib.


O, monastıra getməyin mümkün olduğunu təsdiqləsə də, İrəvandan deyildiyi kimi kəndin atəş altından çıxmasına dair məlumatları təkzib edib.

“Biz kilsəyə gedirik, lakin təxminən 100-150 metr məsafədə sərhədə çox yaxın olduğu üçün, gedərkən xəbərdar olmaları və təhlükəsizliyimizin etibarlı olması üçün hərbçilərlə əlaqə saxlayırıq. Lakin, birmənalı şəkildə azərbaycanlılar artıq kəndə atəş edə bilməzlər deyə bilmərik. Təəssüf ki, birmənalı şəkildə Çinariyə atəş edilməsinin istisna olunduğunu deyə bilmərik”, - deyə Sağoyan vurğulayıb.

“İndi sakitlikdir, səssizlikdir, amma atışma hər an yenidən başlaya bilər və bunun nə vaxt baş verəcəyini heç kim proqnozlaşdıra bilməz ”, - deyə kənd mərkəzində bir gənc jurnalistlə söhbəti zamanı söyləyib.

Məqalədə, kənd sakinləri tərəfindən monastra gedən yolun öncədən çəkilməsi barədə qeyd olunan məlumat, həmin əraziyə daha öncə də gediş-gəlişin olduğunu təsdiqləyir. Bu isə o deməkdir ki, məsələ heç də erməni rəsmilərin açıqladığı kimi deyil, yəni bölgədə erməni sakinlərin həyatı təhlükədə olsaydı, yol çəkilə bilməz və əraziyə gediş-gəliş təmin oluna bilməzdi. Erməni ekspert və rəsmi dairələri isə daha öncədən gediş-gəlişi olan ərazinin hazırda guya təhlükəsizliyinin təmin olunduğu kimi əsassız informasiyalar yayırlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çinari   Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin